Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpası İsraildə iqtidar və müxalifət cəbhəsini bir-birinə qarşı qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspertlər Tehran-Ər-Riyad yaxınlaşmasının İsrailin regional siyasətinə ağır zərbə vurduğunu qiymətləndiriblər.
Səudiyyə Ərəbistanı ilə İran arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasının İsrailin ərəb ölkələri ilə normallaşma prosesində irəli sürdüyü əsas səbəblərdən biri olan “İranın bölgədə artan təhlükəsi ilə mübarizə” arqumentinə kölgə salacağı düşünülür.
Təl-Əviv administrasiyasının Səudiyyə Ərəbistanı-İran normallaşmasından əvvəlcədən xəbərdar olub-olmaması və bu hadisənin İsrailin ərəb ölkələri ilə normallaşma prosesinə necə təsir edəcəyi bəlli olmasa da, xəbər martın 10-da eşidildikdən sonra İsrailin siyasi səhnəsi baş nazir Benyamin Netanyahunun cəbhəsi ilə müxalifət arasında qarşılıqlı ittihamlar səhnəsinə çevrilib.
Manşet.az