Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya məxsus raketin Kramatorsk şəhər mərkəzinə düşdüyünü açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Sosial media hesabından paylaşım edən Zelenski, "Hücum zamanı 6 mərtəbəli binaya ziyan dəyib. Ən azı 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Hisslərim və düşüncələrim ailələrin yanındadır. Axtarış işləri davam edir. Rusiya hədəf almağa davam edir. Günahsız insanların ölümünə səbəb olan istənilən hücum qanunla cəzalandırılmalıdır. Bu, mütləq baş verəcək" – deyib.
Manşet.az