Ukraynanın dövlət daxili təhlükəsizlik qurumu, Ukrayna Təhlükəsizlik Xidməti kamikadze pilotsuz uçan aparatın Rusiya tankına doğru getməsinin görüntülərini özündə əks etdirən video yayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xidmətin martın 11-də Twitter hesabından yaydığı videoda pilotsuz təyyarəyə yerləşdirilmiş kamera və T-80BV model rus tankına doğru gedən cihazla bağlı görüntülər paylaşılıb.
Paylaşımda,“İşğalçıların daha bir tankı kamikadze pilotsuz uçan aparat tərəfindən məhv edilib” - yazılıb. Video dron tanka dəyməzdən bir neçə saniyə əvvəl kəsilir.
Pilotsuz təyyarə tərəfindən məhv edildiyi iddia edilən T-80BV tankının təxminən 3 milyon dollar dəyərində olduğu düşünülür.
Manşet.az