Putin Bəşər Əsədlə görüşəcək

09:54 - 15 Mart 2023

Putin Bəşər Əsədlə görüşəcək

Suriyadakı rejimin lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əsədin təyyarəsi Rusiyanın paytaxtı Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına çatıb.

Əsədi burada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov və rejimin Moskvadakı səfiri Bəşər Cəfəri qarşılayıb.

Kreml Sarayından verilən açıqlamada Əsədin sabah Putinlə görüşəcəyi qeyd edilib.

Bəyanatda bildirilib ki, tərəflər siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün cari məsələləri, həmçinin Suriya və onun ətrafındakı problemlərin hərtərəfli həlli perspektivlərini müzakirə edəcəklər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az