"Fənərbağça" topa görə futbolçusunu cərimələdi - FOTO

17:17 - 15 Mart 2023

\"Fənərbağça\" topa görə futbolçusunu cərimələdi - FOTO

Türkiyənin "Fənərbağça" klubunun ulduz futbolçularından Serdar Dursun klubu Türkiyə Futbol Federasiyasına şikayət edib.

 

Manset.az BAKU.WS-ə istindən xəbər verir ki, hüçumcu İstanbul təmsilçisinin onu haqsız cərimələməsindən narazı olub.

Ancaq federasiya "Fənərbağça"nı haqlı hesab edib. Dursunun apellyasiya şikayəti də təmin edilməyib.

Qeyd edək ki, 31 yaşlı forvard sosial şəbəkə hesabında etdiyi paylaşıma görə klub tərəfindən cəzalandırılıb. Belə ki, o, paylaşımında istifadə etdikləri topdan narazı olduğunu bildirib. Klub bu səbəbdən futbolçusunu 15 min avro (təxminən 300 min lirə) cərimələyib. Futbolçunun etirazı isə intizam qaydasında belə bir bəndin olmaması olub.

Almaniyanın Hamburq şəhərində doğulan Serdar Dursunun "Fənərbağça" ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az