Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsədin bu gün keçirdiyi görüşdə Suriya-Türkiyə münasibətlərinin müzakirə olunacaq məsələlərdən biri olduğu bildirilib.
Manset.az Hurriyet-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Peskov məlumat verib.
Putinin Əsədlə görüşünün Suriyanın Türkiyə ilə əlaqələrinin yenidən qurulmasında rol oynaya biləcəyi sualına cavab verən Peskov, “Suriya-Türkiyə münasibətləri mütləq gündəmdə olacaq” - deyib.
Jalə
Manşet.az