Böyük Britaniyanın baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı Hyde Parkda itlərini ipsiz gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.
Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.
İngiltərə Baş naziri Rishi Sunak və həyat yoldaşı Akshata Murtinin Nova adlı itlərini paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Böyükşəhər Polisi açıqlama verib. Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, baş nazirin xanımı ilə danışaraq qaydaları bir daha xatırlatdığ deyilib.
Mövzu ilə bağlı Baş nazirlik və Sunakdan açıqlama gəlməyib.
Jalə
Manşet.az