Pakistan məhkəməsi İmran Xanın bu tələbini rədd etdi

11:26 - 16 Mart 2023

Pakistan məhkəməsi İmran Xanın bu tələbini rədd etdi

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan həbs qərarına qarşı məhkəməyə müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistanın İslamabad Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın baş nazirliyi dövründə xarici dövlət xadimlərindən aldığı hədiyyələri satdığı üçün mühakimə olunduğu işin dinləmələrində iştirak etmədiyi üçün martın 13-də verilən həbs qərarını dayanırmaqdan imtina edib.

Məhkəmə Xanın iclasda iştirak etməsini tələb edib.

Xanın vəkili Xavaca Haris Əhməd bildirib ki, müvəkkili martın 18-də keçiriləcək iclasda iştirak edəcək.

İslamabad Ali Məhkəməsinin qərarı Lahor Ali Məhkəməsinin polis əməliyyatını dayandırmasından sonra verilib.

Lahor Ali Məhkəməsi həbs qərarını icra etmək istəyən polisin başlatdığı əməliyyatı sabah saat 10:00-a qədər dayandırıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az