Bu ölkədə sovet abidəsinin götürülməsi barədə qərar qəbul edildi - FOTO

13:43 - 16 Mart 2023

Bu ölkədə sovet abidəsinin götürülməsi barədə qərar qəbul edildi - FOTO

Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzində sovet əsgərlərinin xatirəsinə ucaldılmış nəhəng abidənin götürülməsi qərara alınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sofiya Şəhər Şurasında keçirilən səsvermədə 1946-cı ildə şəhərdə ucaldılan abidənin götürülməsinə qərar verilib.

Bunun üzərinə bəzi vətəndaşlar abidənin ətrafında etiraz aksiyası keçiriblər. Bolqarıstan Sosialist Partiyasından olan sabiq deputat Borislav Qukanov da aksiyada çıxışında “Sovet ordusunun azadlıq simvolu olan bu abidəsini sökmək istəyirlər ki, tarix unudulsun” - deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az