Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş şərtini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən Suriya prezidenti Bəşər Əsəd Rusiyanın rəsmi xəbər agentliyi RİA Novosti-yə müsahibəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün bir şərtə bağlı olduğunu bildirib.
Ərdoğanla görüşməyi istisna etmədiyini vurğulayan Əsəd, “Ərdoğanla görüşümüz Türkiyənin Suriya torpaqlarından tamamilə çıxması və terrora dəstəyi kəsməsi ilə bağlı açıq və mübahisəsiz razılaşmadan asılıdır. Münasibətlərimizin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtması və Ərdoğanla görüşümün baş tutması üçün yeganə variant budur”, - deyə bildirib.
Belə bir görüşün dəyərinin və səmərəliliyinin də əhəmiyyətli olduğuna diqqət çəkən Əsəd, Suriyada müharibəni bitirəcək yekun nəticələrə gətirib çıxarmayacağı təqdirdə görüşün məhsuldar olmayacağını bildirib.
Manşet.az