Ukraynadan Rusiyanın kəşfiyyat binasında baş verən yanğınla bağlı açıqlama

19:34 - 16 Mart 2023

Ukraynadan Rusiyanın kəşfiyyat binasında baş verən yanğınla bağlı açıqlama

Ukraynann Rusiyanın Rostov-na-Donu şəhərində kəşfiyyat binasında baş verən yanğınla heç bir əlaqəsi yoxdur.

 

Manset.az xəbər verir ki, bu  barədə Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak açıqlama yayıb.
 
Podolyak sosial media hesabında verdiyi açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Rostov vilayətində binasında baş verən yanğının “çaxnaşma əhval-ruhiyyəsini, gücə nəzarətin zəiflədiyini və böyük daxili münaqişəyə keçidi açıq şəkildə göstərir” deyib.

“Ukrayna bu işə qarışmır, amma məmnuniyyətlə onu izləyir”, - Mixail Podolyak bildirib. 

Rusiyanın Rostov-na-Don şəhərində FSB-yə bağlı sərhəd nəzarəti idarəsinin binasında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Rostov-na-Don vilayətinin qubernatoru Vasiliy Qolubev Telegram-a açıqlamasında bildirib ki, ilkin ehtimallara görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az