Yunanıstan sularında 56 miqrant xilas edildi

22:24 - 16 Mart 2023

Yunanıstan sularında 56 miqrant xilas edildi

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonu sahillərində rezin qayıqlarda olan 56 qeyri-qanuni miqrant sahil mühafizə dəstələri tərəfindən xilas edilib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığından verilən məlumata görə, bir qrup miqrantın Kuşadası sahillərində rezin qayıqda olması xəbəri üzərinə bölgəyə sahil mühafizə gəmisi göndərilib.
 
 Məlumata görə Yunanıstan adalarına keçmək istəyən miqrantlar adıçəkilən ölkə qüvvələri tərəfindən rezin qayıqlarla yenidən Türkiyə ərazi sularına buraxılıblar.

Xarici vətəndaşlar əməliyyatlarının ardından ərazi üzrə Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az