Bu ölkədə deputatlara "TikTok"dan istifadə qadağan edildi

10:10 - 17 Mart 2023

Bu ölkədə deputatlara \"TikTok\"dan istifadə qadağan edildi

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "New Zealand Herald" nəşri yazıb.

Quraşdırılmış "TikTok" tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.

"Millət vəkilləri və parlamentin bütün əməkdaşlarına "TikTok"un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat vermişik", - deyə Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib.

Onun sözlərinə görə, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az