Yeni piyada keçidi sürücüləri çaşdırır, dərhal əyləci sıxırlar - FOTO

11:04 - 17 Mart 2023

Yeni piyada keçidi sürücüləri çaşdırır, dərhal əyləci sıxırlar - FOTO

İslandiyada hazırlanmış 3D piyada keçidi yol boş olsa da, avtomobillərin sürətini azaltmağa və dayanmasına səbəb olur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İslandiyanın İsafjöndur şəhərində yol nişanları istehsal edən “Vegamalun” şirkəti bu yaxınlarda nəqliyyat vasitələri sürücülərinin piyada keçidlərində həssaslıq göstərməməsinin və dayanmamasının qarşısını almaq üçün yeni üsul hazırlayıb.

Piyada keçidlərini 3D xüsusiyyəti ilə rəngləyən şirkət sürücülərin ağ zolaqları optik illüziya ilə görməsini təmin edir. Sürücülər bunu ilk baxışda barrikada kimi görür və dərhal əyləci basaraq sürəti azaldırlar.

İslandiya hökuməti, İsafjondurda başlayan bu piyadalar üçün sağlam təcrübəni bütün ölkəyə yaymaq üçün təşəbbüslər göstərəcəyini açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az