Beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan Liviyada itirilmiş 2,5 ton uranla bağlı yeni açıqlama verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Liviyada 2,5 ton təbii uran olan 10 barelin itdiyini bildirmişdi.
Açıqlamada həmçinin, "Bu vəziyyət nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar olduğu kimi radioloji risk də yarada bilər" – deyilirdi. Bəzi mənbələr uranın oğurlanmış ola biləcəyini də vurğulamışdılar.
Qorxunc bəyanatdan sonra Liviyanın şərqindəki silahlı qüvvələr itən uranın tapıldığını açıqlayıb. Çad sərhədində 10 barel aşkar edildiyi bildirilib.
MAQATE bu məlumatı təsdiqləmək üçün araşdırmaların davam etdiyini bəyan edib.
Manşet.az