Şimali Koreya lideri Kim Çen In dünənki qitələrarası ballistik raket sınağından sonra açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Çen In Koreya yarımadası və ətraflarında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini bəyan edib.
Təlimə şəxsən nəzarət edən Kim, uzunmüddətli təhlükəsizlik siyasətlərində heç bir dəyişiklik olmadığını ifadə edərək, "nüvə müharibəsinin qarşısının alınmasını geri dönməz şəkildə gücləndirərək düşmənlərə qorxu aşılamaq və insanların dinc həyatını təmin etmək" lazım olduğunu vurğulayıb.
Ölkənin strateji silahlı qüvvələrini “dərhal reaksiya” üçün hazırlıqlarını davam etdirməyə çağıran Kim, nüvə silahına nüvə silahı ilə, cəbhə münaqişələrinə isə cəbhə münaqişələri ilə cavab verəcəklərini bildirib.
Manşet.az