Sisinin dövlət çevrilişindən sonra gərginləşən və dövlət başçısı olan Türkiyə ilə Misir arasında münasibətlərdə normallaşma addımları atılır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirin xarici işlər nazirinin dəvəti ilə sabah Misirə rəsmi səfər edəcək.
Görüş zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Misirin xarici işlər naziri Sameh Şükri Türkiyə-Misir ikitərəfli münasibətlərinin bütün aspektlərini müzakirə edəcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.
Manşet.az