PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

14:57 - 19 Mart 2023

PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.//apa


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az