Hindistan Sahil Mühafizəsinin helikopteri eniş edərkən qəzaya uğrayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində ALH-DHRUV Mark 3 helikopterinin 3 ekipaj üzvü yaralanıb.
Qəzanın helikopterin təlim uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra tsiklik idarəetmə sistemlərinin reaksiya verməməsi səbəbindən təcili eniş edərkən baş verdiyi bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Manşet.az