Zelenski aktyor Orlando Blum ilə görüşüb - FOTO/VİDEO

09:58 - 27 Mart 2023

Zelenski aktyor Orlando Blum ilə görüşüb - FOTO/VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməramlı səfiri Orlando Blum ilə görüşüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının saytı məlumat yayıb.

Bloom və Zelenski xüsusilə uşaqların maraqlarını təmin edən humanitar yardım və bərpa layihələrini müzakirə ediblər.

Prioritetlər sırasında valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı sisteminin inkişafı, erkən yaşlarda uşaqların inkişafı üçün infrastrukturun inkişafı, həmçinin gənclər üçün layihələrin və startapların yaradılması daxildir.

Blum Zelenski ilə görüşdə qeyd edib ki, müharibəyə baxmayaraq, güclü olan ukraynalıların cəsarəti və möhkəmliyi onu heyran edib.

Ukrayna Prezidenti öz növbəsində Orlando Bluma Ukraynaya səfərinə və UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyətinə görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az