"Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir" - NATO

11:30 - 27 Mart 2023

\"Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir\" - NATO

NATO-nun sözçüsü Oana Lunqesku Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirəcəkləri  ilə bağlı bəyanatını “təhlükəli” və “məsuliyyətsiz” adlandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə Putinin Belarusda nüvə silahı yerləşdirməsi ilə bağlı yeni sanksiyalara işarə edib.

NATO-nun sözçüsü Oana Lunqesku deyib:

"Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. NATO hazır vəziyyətdədir və biz vəziyyəti yaxından izləyirik. Biz Rusiyanın nüvə mövqeyində bizim mövqeyimizi dəyişməyə sövq edəcək hər hansı dəyişiklik görmədik. Biz bütün NATO-nu qorumağa və müdafiə etməyə sadiqik”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az