Fransada Makron da daxil olmaqla bütün dövlət qulluqçularına QADAĞA

13:19 - 27 Mart 2023

Fransada Makron da daxil olmaqla bütün dövlət qulluqçularına QADAĞA

Fransada dövlət qulluqçularına sosial media platformaları, filmlər, oyunlar və video saytları iş telefonlarına yükləmək qadağan edilib. Fransa prezidenti Emmanuel Makronun da daxil olduğu qadağanın səbəbi kibertəhlükəsizliklə bağlıdır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin və Qərb arasında ticarət rəqabəti ilə başlayan casusluq iddiaları davam edir. Çin mərkəzli internet platformaları təhlükəsizlik səbəbi ilə bir-bir qadağan edilib.

ABŞ və Avropa ölkələri kibercasusluq qorxusu ilə Çində yerləşən Tiktok video paylaşım platformasını qadağan edib.

Fransa isə bu qadağanı bir qədər də irəli aparıb. Belə ki, məmurlara təkcə Tiktok deyil, bütün sosial media, film və video paylaşma saytları və oyun saytlarını iş telefonlarına yükləmək qadağandır. Qadağa siyahısına Netflix kimi film saytları, Instagram kimi sosial şəbəkələr və Candy Crash kimi oyun saytları da daxildir.

Prezident Emanuel Makron qadağa çərçivəsində bu saytları iş telefonuna yükləyə bilməyəcək.

Səlahiyyətlilər, bəzi qurumlara iş səbəbiylə məhdud istisnalar verilə biləcəyini açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az