Luvr muzeyinin girişləri bağlandı

13:26 - 27 Mart 2023

Luvr muzeyinin girişləri bağlandı

Fransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına cavab olaraq Luvr Muzeyinin girişini bağlamaqla aksiyaya başlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ümumi İş Birliyinin (CGT) tərkibindəki mədəniyyət işçiləri əllərində birliyin bayraqları ilə muzeyin həyətindəki şüşə və metal piramidanın qarşısına toplaşıblar.

Muzeyin qapıları önündən keçərək girişləri kəsən izdiham əllərində "60 yaşında pensiya. Daha uzun yaşamaq üçün az çalış" və "Geri addım atmayacağıq" yazılı plakatlar qaldırıb.

Fransada hökumətin pensiya yaşını 2 il artıran qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra martın 16-da başlayan nümayişlər davam edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az