8 milyona yaxın insanın məlumatları kiberhücum nəticəsində oğurlandı

15:15 - 27 Mart 2023

8 milyona yaxın insanın məlumatları kiberhücum nəticəsində oğurlandı

Avstraliyada martın 16-da “Latitude Financial” maliyyə xidmətləri şirkətinin 8 milyona yaxın müştərilərinin məlumatları kiberhücum nəticəsində ələ keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Latitude Financial” hakerlərin kiberhücumunda oğurlanan həssas şəxsi məlumatlarla bağlı açıqlama verib. Açıqlamada, Avstraliya və Yeni Zelandiyadan olan müştərilərin məlumatlarına 7,9 milyon sürücülük vəsiqəsi, 53 min pasport nömrəsi və 100-ə yaxın müştərinin aylıq maliyyə məlumatları daxil olduğu bildirilib.

Bundan başqa, ən son 2005-ci ilə aid olan daha 6,1 milyon məlumatın oğurlandığı və oğurlanmış şəxsiyyəti təsdiq edən sənədləri əvəz etmək istəyənlərə kompensasiya veriləcəyi bildirilib.

Latitude Financial Baş İcraçı Direktoru (CEO) Əhməd Fahur şəxsi məlumatları oğurlananlardan üzr istəyib.

"Hücumdan təsirlənən platformalarımızı düzəldirik və yaxın günlərdə əməliyyatı davam etdirdiyimiz zaman tətbiq olunacaq əlavə təhlükəsizlik tədbirləri gördük".

Kibertəhlükəsizlik naziri Clare O'Neil də bildirib ki, Latitude Financial hücumdan təsirlənən müştərilərin gələcək risklərdən qorunmasını təmin etmək üçün hökumətlə əməkdaşlıq edir. O'Neil kiberhücumlara sürətli cavab vermək üçün yeni bölmənin yaradılmasının planlaşdırıldığını açıqlayıb.

Digər tərəfdən, yerli mediada yer alan xəbərlərdə kiberhücumların qurbanlarının sayının başlanğıcda açıqlanan rəqəmlərdən daha çox olduğuna diqqət çəkilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az