ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edriyen Uotson İsraildəki məhkəmə islahatlarına etirazlarla bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin yaydığı bəyanatda ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Uotson deyib:
"Biz İsraildə baş verən hadisələrdən dərin narahatıq və təcili barışıq ehtiyacını vurğulayırıq. Prezidentin baş nazir Netanyahu ilə bu yaxınlarda keçirdiyi görüşdə qeyd etdiyi kimi, demokratik dəyərlər həmişə ABŞ-İsrail münasibətlərinin əlaməti olub və elə qalmalıdır. Demokratik sistemdə köklü dəyişikliklər mümkün qədər geniş xalq dəstəyi ilə davam etdirilməlidir. Biz İsrail liderlərini mümkün qədər tez kompromis tapmağa çağırırıq. Biz inanırıq ki, bu, İsrail və onun bütün vətəndaşları üçün ən yaxşı yoldur. ABŞ-ın İsrailin təhlükəsizliyinə və demokratiyasına dəstəyi möhkəm olaraq qalır”.
Manşet.az