"Arayik Arutyunyan Moskvadan gələrkən ən yaxın ətrafına istefa mövzusunun hələlik aktual olmadığını deyib".
Manset.az Turkustan.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Qəzet səfərin tarixini və Arutyunyanın keçirdiyi görüşlərin təfərrüatlarını açıqlamayıb. “Biz uzun və sərt müqavimətə hazırlaşmalıyıq, qarşıdan gələn müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”, - deyə Arutyunyan bildirib.
Arayik əhalinin dilemma qarşısında qaldığını deyib: “Ya "artsax"ı tərk edin, ya da döyüşün və lazım gələrsə, müstəqillik uğrunda canlarınızı verin”.
Martın 17-də mətbuatda Ermənistanın baş naziri Nikol Paşinyanın Arutyunyana Azərbaycanla inteqrasiyasının alternativi olmadığını söyləməsi xəbəri yayılıb.
“Nikol Paşinyanla son görüşdən sonra Arutyunyan ümidsiz halda geri qayıtdı, çünki Paşinyan Bakının Azərbaycanla inteqrasiyasının alternativinin olmadığı barədə tezislərini demək olar ki, hərfi təkrar edirdi. Arutyunyan hesab edir ki, onun prezident kimi başqa işi qalmır".