Pakistandan Danimarkada Qurani-Kərimə hücuma reaksiya - Bu düşünülmüş hərəkətdi

20:28 - 27 Mart 2023

Pakistandan Danimarkada Qurani-Kərimə hücuma reaksiya - Bu düşünülmüş hərəkətdi

Pakistan Xarici İşlər Nazirliyi Danimarkada Qurana hücumu kəskin şəkildə pisləyib və bunu "alçaq" hərəkət adlandırıb.

 

Manset.az tgrthaber-ə istonadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi yaydığı açıqlamasında bildirib.

Verilən açıqlamada qeyd olunub ki,  bu alçaq və düşünülmüş hərəkətlərin təkrarlanması müsəlmanlara və onların inanclarına qarşı artan nifrət və irqçiliyin narahatedici təzahürüdür.

Açıqlamada hücum şiddətlə pislənilərkən, ifadə azadlığının hər hansı müqəddəs kitabı və ya şəxsi qəsdən ləkələmək üçün maska ​​kimi istifadə edilə bilməyəcəyi qeyd edilib.

Martın 24-də Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağı və Qurani-Kərimə hücum edilib.

Patrioterne Gar Live (Patriots Live) adlı marjinal qrupun təşkil etdiyi təxribat qrupun Facebook hesabında canlı yayımlanıb.

Təxribatçılar İslam əleyhinə pankartlar açıb, İslamı təhqir edən şüarlar səsləndirib, Türkiyə bayrağına çirkin hücum ediblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az