BMT Rusiyanın nüvə planına görə toplanır

00:23 - 28 Mart 2023

BMT Rusiyanın nüvə planına görə toplanır

Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.

İclas martın 28 və ya 29-da baş tutacaq. Növbədənkənar iclasın çağırılması tələbi Ukrayna tərəfindən irəli sürülüb.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinin qarşısının alınmasının zəruriliyini bəyan edib. Ağ Ev bildirib ki, ABŞ hələ ki, Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Fransa Rusiya Federasiyasını öz qərarına yenidən baxmağa çağırıb.

Vladimir Putin bir neçə gün əvvəl bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək. O qeyd edib ki, Rusiya iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Putinin sözlərinə görə, Rusiya Federasiyası artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Belarusa verib.

Putin deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə nüvə silahının yerləşdirilməsini istəyib. Onun sözlərinə görə, Rusiyada müdafiə sənayesi çox sürətlə inkişaf edir və ölkə Ukraynaya tədarük ediləndən üç dəfə çox sursat istehsal edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az