Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Məkkəyə gedən avtobus əyləcinin boşalması nəticəsində Əsir şəhərində körpüyə çırpılaraq alışıb yanıb. Dəhşətli qəzada 20 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.
Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu bildirib.
Manşet.az