Ermənistan Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olmaq üçün Roma Statutunun qəbul edilməsi prosesinə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ermənistanın bu addımına Rusiyadan sərt reaksiya gəlib. Rusiyanın rəsmi xəbər agentliyi RİA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistanın məhkəmənin tərəflərindən biri olmasının “qəbuledilməz” olduğunu bildirib.
Bu addımın ikitərəfli münasibətlər baxımından “çox ciddi nəticələri” olacağı bəyan edilib.
Manşet.az