Bu ölkədə 6,1 bal gücündə zəlzələ baş verdi

15:08 - 28 Mart 2023

Bu ölkədə 6,1 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) bildirib ki, Aomori əyalətinin Sakit okean sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 18:18-də və 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı edilməyib.

Zəlzələnin şimalda ətraf İvate, Miyaqi və Hokkaydo ştatlarında hiss olunduğu qeyd edilib.

Bölgəyə xidmət edən Tohoku, Coetsu və Hokurikuya yüksək sürətli qatar xidmətlərinin davam etdiyi bildirilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az