Şimali Koreyada xəbərdarlıq: Küçələrdə axtarış aparılır

16:34 - 28 Mart 2023

Şimali Koreyada xəbərdarlıq: Küçələrdə axtarış aparılır

Şimali Koreyada ballistik raket fəaliyyətləri səbəbindən qonşu ölkələrlə gərginliyi artıran bir şəhər tamamilə karantinə alınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Şimali Koreya prezidenti Kim Çen Inın göstərişi ilə Çinlə sərhəddə yerləşən 200 min əhalisi olan Hyesan şəhərində qeyri-müəyyən komendant saatı elan edilib.

Şimali Koreya mənbələri, martın 7-də Çin sərhədindəki Hyesan şəhərindən geri çəkilən əsgərlərə aid güllələrin itdiyi müəyyən edildikdən sonra şəhərdə səfərbərliyin başladığını bildirib. İtən 653 güllənin hamısı tapılana qədər insanların 200 min əhalisi olan şəhərə çıxmasına icazə verilməyəcəyi iddia edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az