Türkiyənin Düzce şəhərində 14 yaşlı oğlu keçmiş əri tərəfindən qaçırılan qadın avtomobilin kapotundan yapışaraq kilometrlərlə yol qət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, oğlunun qaçırılmaması üçün maşını saxlamaq istəyən qadın kapotdan yapışaraq onun getməsinə mane olmağa çalışıb. Oğlunu qaçıran şəxs keçmiş həyat yoldaşının kapotdan yapışdığını görsə də, dayanmayıb. Vəziyyəti görən məhəllə sakinləri maşının arxasınca düşüblər.
Həmin şəxs polis qrupları tərəfindən dayandırılıb. Kapotdan yapışan qadın yerə yıxılaraq xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar sağlamlıq qruplarının ilk yardımının ardından xəstəxanaya qaldırılıb.
Qadının keçmiş əri isə uşağı ilə birlikdə hadisə yerindən qaçıb. Polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.
Manşet.az