İraqın Səhiyyə Nazirliyi ölkədə baş verən qum fırtınasının 515 nəfəri xəstəxanalıq etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədirin verdiyi açıqlamada, başda paytaxt Bağdad olmaqla ölkə daxilində ümumilikdə 515 nəfərin nəfəs darlığı və boğulma şikayətləri ilə xəstəxanalara müraciət etdiyi vurğulanıb.
Manşet.az