Kim Çen Inın bacısı Zelenskini TƏNQİD ETDİ

14:11 - 03 Aprel 2023

Kim Çen Inın bacısı Zelenskini TƏNQİD ETDİ

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-Conq Zelenskinin nüvə silahi istəməsi ilə bağlı fikir bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Yo-Conq deyib ki, Zelenski Rusiyanı məğlub edə biləcəyini düşünərək “çarəsiz bir böyüklük xəstəliyinə tutulub”.

Zelenskinin internet saytında ABŞ-ın Ukraynaya nüvə silahı yerləşdirməsi və ya Ukraynanın öz nüvə silahını istehsal edən ölkə olması barədə danışan Kim Yo-Conq Zelenskinin xalqının taleyi ilə qumar oynadığını bildirib:

“Zelenskinin Amerika nüvə silahları və özünün nüvə silahlarının inkişafı haqqında danışması onun qalan günlərini uzatmaq üçün ölkəsinin və xalqının taleyi ilə qumar oynayacaq qədər təhlükəli siyasi ambisiyasını ortaya qoyur”.

O, həmçinin bəyan edib ki, Ukrayna rəhbərliyi öz hərəkətlərinin nəticələrini, o cümlədən onların mövcudluğunu təhdid edən nüvə fəlakətini başa düşmək iqtidarında deyil.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az