Ramazan ayının ilk 10 günündə Kəbədə ibadət edən müsəlmanların sayı açıqlandı

14:43 - 03 Aprel 2023

Ramazan ayının ilk 10 günündə Kəbədə ibadət edən müsəlmanların sayı açıqlandı

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbədə namaz qıldığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Haremeyn İşləri Rəhbərliyi sosial media hesabından mövzu ilə bağlı açıqlama verib. Açıqlamada qeyd olunub ki, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda ümrə edib, namaz qılıb.

Məscidi Nəbəvi Rəyasət Heyətindən verilən açıqlamada Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az