“McDonald's” işçiləri ilə bağlı qərar...

15:42 - 03 Aprel 2023

“McDonald\'s” işçiləri ilə bağlı qərar...

Dünyaca məşhur restoran şəbəkələrindən biri olan McDonald's-ın ABŞ-da işçilərini ixtisar etməyə hazırlaşdığı və bu səbəbdən ölkədəki ofislərini müvəqqəti bağladığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi McDonald's-ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağladığı və fəaliyyətini dayandırmağa hazırlaşdığı bildirilib.

Çikaqoda yerləşən sürətli xidmət restoran şəbəkəsinin keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərinə bazar ertəsindən çərşənbəyə qədər evdən işləmələrini xahiş edən bir e-poçt göndərdiyi bildirilib.

Sözügedən elektron poçtda aprelin 3-də başlayacaq həftədə şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.

McDonald's-ın baş direktoru Chris Kempczinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını demişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az