Belarus Müdafiə Nazirliyi orduda döyüş hazırlığının yoxlanıldığını açıqlayıb.
Manset.az TRT Haber -ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumatda bildirilib ki, yoxlama fəaliyyəti kompleks xarakter daşıyır.
Məlumata görə, yoxlamaya hərbi hazırlıq vəziyyətinin ən yüksək səviyyədə olduğu zaman komandirlərin hərbi hissələrin imkanlarının müəyyən edilməsi üzrə hərəkətləri daxildir və hərbi hissələrin qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə hazır olub-olmaması yoxlanılır.
Yoxlama zamanı hərbi texnikanın hərəkəti ümumi istifadədə olan avtomobil yollarında və torpaqlarda mülki nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdıra bilər.
Jalə
Manşet.az