ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp Manhetten məhkəməsində keçmiş porno ulduz Stormi Danielsə "susmaq payı" ödəyərkən kommersiya sənədlərini saxtalaşdırmaqda ittiham olunaraq dindiriləcək.
76 yaşlı Tramp ABŞ-da mühakimə olunan ilk keçmiş prezidentdir. Tramp ona qarşı irəli sürülən ittihamları rədd edir.
Manşet.az