Fransanın Alp dağlarında “sərxoş” xizəkçi kanat kabinəsinin pəncərəsinə çırpılaraq təxminən 40 metr hündürlükdən yıxılaraq ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 29 və 23 yaşlı xizəkçilər Deux Alpes dağından enərkən boyu 1,80 metr, çəkisi 100 kiloqramdan çox olan şəxs şüşəni sındıraraq yerə yıxılıb.
Fransa polisi sərxoş şəxsin əylənmək üçün kabinənin pəncərələrinə doğru qaçdığını və bu səbəbdən şüşənin sındığını bildirib.
Prokurorluq hadisə yerinin araşdırılmasından sonra xəbəri təsdiqləyib.
Manşet.az