Hollandiyanın Haaqa şəhəri yaxınlığında içərisində təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Qəzanın qatar relslərində qalan tikinti materialları səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisədən sonra bölgəyə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib. Axtarış-xilasetmə işləri davam etdiyi üçün Leyden və Haaqa arasında qatar səfərləri qısa müddətə dayandırılıb.
Manşet.az