Avropa ölkəsində sərnişin qatarı relsdən çıxdı - Ölü və yaralılar var

12:36 - 04 Aprel 2023

Avropa ölkəsində sərnişin qatarı relsdən çıxdı - Ölü və yaralılar var

Hollandiyanın Haaqa şəhəri yaxınlığında içərisində təxminən 50 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Qəzanın qatar relslərində qalan tikinti materialları səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisədən sonra bölgəyə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib. Axtarış-xilasetmə işləri davam etdiyi üçün Leyden və Haaqa arasında qatar səfərləri qısa müddətə dayandırılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az