Rusiyanın mövqeyi daha da sərtləşə bilər - Lavrov açıqladı

12:54 - 04 Aprel 2023

Rusiyanın mövqeyi daha da sərtləşə bilər - Lavrov açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində Avropa və Çinlə münasibətləri ilə bağlı mühüm açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın “Arqumenty i faktı” xəbər saytına danışan Lavrov, Avropa İttifaqının Moskva ilə münasibətlərinin pis olmasının və Ukraynadakı “cinayətkar rejim”ə silah yardımı etməsinin Aİ-nin günahı olduğunu bildirib.

Lavrov, Aİ-nin Moskvaya qarşı “düşmən münasibəti və mövqeyi” Aİ-nin Rusiyanı itirməsi anlamına gəldiyini deyib:

“Aİ Rusiyanı itirdi. Ancaq bu, onların günahıdır. Aİ-yə üzv dövlətlər və Aİ liderləri açıq şəkildə öz sözləri ilə deyirlər ki, Rusiya strateji itki verməlidir. Rusiyanın milli maraqlarına və diplomatiyada qarşılıqlılıq prinsipinə uyğun olaraq, lazım gələrsə, Rusiya Avropa ilə daha sərt mübarizə aparacaq”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az