Hollandiyanın ilk türk əsilli qadın bələdiyyə sədri Huri Şahinin ev sahibliyi ilə Rijsveyk şəhərində təşkil edilən iftarda Hollandiya kralı Villem-Aleksandr iştirak edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollandiya kralı Villem-Aleksandr Rijsveyk şəhərinə səfər edib. Hollandiyanın türk əsilli ilk qadın bələdiyyə sədri Huri Şahin tərəfindən qarşılanan Kral Villem-Aleksandr bölgə əhalisi ilə görüşüb.
Rijsveyk Bələdiyyə Başçısı Şahinin verdiyi iftar yeməyinə Kral Villem-Alksandr da qatılıb.
Süd və xurma ilə açılan orucların ardınca Əfqanıstan, Türkiyə, Suriya, Mərakeş və Hollandiya xörəkləri süfrəyə verilib.
İftardan sonra qonaqlarla qonşuluq münasibətləri və mədəniyyətlər haqqında söhbət edən Kral Villem-Aleksandr, müxtəlif mədəniyyətlərdən olan bir çox insanın belə bir təşkilatda bir araya gəlməsinin çox vacib olduğunu bildirib.
Kral Villem-Aleksandr 2019-cu ildə Haaqada təşkil edilən iftarda da iştirak etmişdi.
Manşet.az