Jozep Borrel Çindən gileyləndi

17:53 - 04 Aprel 2023

Jozep Borrel Çindən gileyləndi

“Rusiyanın taktiki nüvə başlıqlarını Belarusa yerləşdirmək qərarı Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel çıxış edib.

Borrel Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlamasının onun Çin Sədri Si Cinpinlə birgə bəyanatına zidd olduğunu vurğulayıb.

“Bu qərarın Çin liderinin Moskvaya səfərindən sonra baş verməsi ironikdir. Hansı ki, bu danışıqlarda nüvə başlıqlarının xarici ölkəyə daşınmaması, nüvə ritorikasından çəkinmək barədə razılıq əldə olunmuşdu. Bu səfərdən, danışıqlardan, sadəcə, bir neçə gün sonra Moskva taktiki başlıqları Belarusa köçürəcəyini açıqladı”, - deyə Jozep Borrel vurğulayıb.

J.Borrel həmçinin əlavə edib ki, Çinin sülhü qorumaq, təcavüzkarın tərəfini tutmamaq və ona hərbi dəstək verməmək kimi mənəvi öhdəliyi var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az