Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın təcavüzü qarşısında NATO-nun regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrildiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zelenski sosial media hesabında Finlandiyanın NATO-da iştirakı ilə bağlı açıqlama verib. Finlandiyanı NATO-ya üzv olması münasibəti ilə təbrik edən Zelenski, “Rusiyanın təcavüzü qarşısında alyans regionda təhlükəsizliyin yeganə təsirli qarantına çevrilib” , ifadəsini işlədib.
Zelenski NATO-nun 11-12 iyulda keçiriləcək Vilnüs sammitinin Ukraynanı Avro-Atlantik hədəfinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.
Jalə