Mixail Saakaşvili daha yeriyə bilmir

09:08 - 05 Aprel 2023

Mixail Saakaşvili daha yeriyə bilmir

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bəyan edib.

Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.

“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, - deyə o bildirib.
Eks-prezidentin vəkilinin sözlərinə görə, Strasburq Məhkəməsində iddia qaldırmaq barədə qərar hələ verilməyib.

“Belə bir qərar hələ verilməyib. Mixail Saakaşvili hələ Strasburqla bağlı heç nə deməyib. O, məndən sənədləri alıb-almadığımı soruşdu. Ona dedim ki, hələ almamışam, başqa heç nə deməyib”, - Xaçapuridze qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az