Yaponiya NATO ilə bağlı hərəkətə keçdi

10:28 - 05 Aprel 2023

Yaponiya NATO ilə bağlı hərəkətə keçdi

NATO-nun baş katibi Yens Stoltenberq və Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün sessiyalarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmağa qərar verdiyini açıqlayıb.

Yaponiyanın Rusiyanın Ukraynaya hücumunu pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq, "Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı indi sürətləndiririk" – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az