Baydendən süni intellektlə bağlı AÇIQLAMA

10:53 - 05 Aprel 2023

Baydendən süni intellektlə bağlı AÇIQLAMA

ABŞ prezidenti Co Bayden, süni intellektin təqdim etdiyi imkanlar və risklərlə bağlı qiymətləndirmə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden qeyd edib ki, süni intellekt xəstəliklər və iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlməyə kömək edə bilər, lakin iqtisadiyyat və milli təhlükəsizlik üçün potensial risklər yaradır.

O, bu kontekstdə lazımi tədbirlərin görülməməsinin gənclərin psixi sağlamlığına, özünü qavrayışına və duyğularına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.

Həmçinin bildirib ki, konqres texnologiya şirkətlərinin topladığı şəxsi məlumatlara ciddi məhdudiyyətlər qoyan, uşaqları hədəf alan reklamları bloklayan və texnologiya şirkətlərinə istehsal etdikləri məhsullarda sağlamlıq və təhlükəsizliyə üstünlük verməyi təklif edən ikitərəfli məxfilik qanununu qəbul etməlidir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az