Finlandiyanın NATO-ya üzvlüyünə bir neçə saat qalmış Rusiya Belarusa “İsgəndər” raket sistemini təhvil verib və onun nüvə raketlərinin buraxılması üçün istifadə oluna biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu “İsgəndər” raket sisteminin Belarusa çatdırıldığını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın NATO-ya üzv olmasının mövcud gərginliyi artıracağını ifadə edərək, "Taktiki və strateji baxımdan öz təhlükəsizliyimizi təmin etmək üçün əks tədbirlər görəcəyik" – deyib.
Manşet.az